RU

Çinin İrana göndərdiyi “Boeing 747″lər radarlardan itir

Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Çin Xalq Respublikasının İranla bağlı mümkün hərbi dəstəyi diqqət çəkir. AzPost xəbər verir ki, Britaniyanın nüfuzlu “The Daily Telegraph” qəzeti Çinin ən azı üç ədəd “Boeing 747” tipli iri gövdəli yük təyyarəsini İran ərazisinə göndərdiyi barədə məlumat yayıb.

Mənbənin iddiasına görə, bu təyyarələr İsraillə İran arasında ehtimal olunan müharibə ssenarisində Tehranın ehtiyac duyacağı silah və hərbi texnikanın daşınması üçün nəzərdə tutulub. İlk reysin İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı günün ertəsi gerçəkləşdiyi bildirilir. Sonrakı iki təyyarənin isə ardıcıl şəkildə regiona daxil olduğu vurğulanır.

Məlumata əsasən, Çin hava gəmiləri şimal istiqamətindən havaya qalxaraq Qazaxıstan sərhədini keçib, ardınca Özbəkistan və Türkmənistan üzərindən uçaraq İran sərhədlərinə yaxınlaşıblar. Ancaq ən diqqətçəkən məqam budur ki, təyyarələr İran hava məkanına daxil olarkən qəfil radarlardan itib. Bu, yük və marşrutun gizliliyinin qəsdən qorunduğu ehtimalını gücləndirir.

Rəsmi Pekin və Tehran hələlik bu iddialarla bağlı hər hansı şərh verməyib. Lakin müşahidəçilər hesab edir ki, bu cür məlumatlar Çin və İran arasındakı mümkün strateji əməkdaşlığın dərinliyinə işarə edə bilər. Belə bir gedişat, Yaxın Şərqdə qüvvələr balansının dəyişməsi baxımından da ciddi əhəmiyyət daşıyır.

Избранный
32
azpost.info

1Источники