İyunun 18-də Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
İlkin məlumata görə, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən iki qadını vurub.
Nəticədə piyadalardan biri – Xalidə Cabbarova hadisə yerində həyatını itirib, xəsarət alan Yeganə Əmrahova isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.