
Dünən Günəşdə ən yüksək dərəcəli güclü alışma qeydə alınıb.
Reyting.az xəbər verir ki, bu barədə NASA-nın Günəş Aktivliyinin Monitorinqi Mərkəzi məlumat yayıb.
Məlumatlara əsasən, iyunun 17-dən 18-nə keçən gecə Günəşdə X1.3 sinifli məşəl baş verib. Alimlər qeyd ediblər ki, bu, son üç həftədə ilk belə güclü alışmadır.
Alışma Bakı vaxtı ilə saat 01:49-da baş verib. Onun gücü X1,3, müddəti 16 dəqiqə olub.
V. QULİYEV