RU

Putinin qohumlarına və Yeltsinin qızına sanksiya tətbiq ediblər

Putinin

Kanada Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmilaya və onun qohumu Mixail Şelomova, eyni zamanda Rusiyanın keçmiş prezidenti Yeltsinin qızı Tatyana Yumaşevaya və Anatoli Çubaysa sanksiyalar tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.

Kanadada keçirilən növbəti toplantıdan - G7 sammitindən az sonra bu ölkənin baş naziri Mark Karni deyib ki, hökumət Rusiyanın fiziki və hüquqi şəxslərinə, eyni zamanda müəyyən edilmiş qiymətlərdən yuxarı neft daşıyan, Rusiya ilə əlaqələrdə şübhəli bilinən, sayı 200-dən çox olduğu bildirilən "kölgə donanması" gəmilərinə qarşı sanksiyalar tətbiq edib.

70-dən çox şəxsin adı Kanada dövlətinin sanksiyaları siyahısında yer alıb. Kanada mediası həmin şəxslərin siyahısını yayıb. Sanksiyalara məruz qalanlar sırasında rusiyalı dirijor Valeri Qerqiyev, həmçinin Vladimir Putinin keçmiş arvadı Lyudmila Oçeretnaya və onun həyat yoldaşı Artur Oçeretnı, onun qardaşı Mixail Şelomov, Boris Yeltsinin qızı Tatyana Yumaşeva ilə əri Valentin Yumaşev, iş adamı, eləcə də "Rusnano" şirkətinin keçmiş rəhbəri olan Anatoli Çubaysın adları var.

Sanksiya tətbiq olunanlar arasında "InfoWatch" şirkətinin sabiq direktoru Natalya Kasperskaya və adı çox təəccüb doğuran Avstriya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri kimi bir çox dairələr tərəfindən Putin Rusiyasına meyilli siyasətçi olaraq qiymətləndirilmiş Karin Knaysla, "Nord Stream 2" şirkətinin keçmiş baş direktoru Mattias Varninqlə yanaşı, bədii gimnastika üzrə Rusiya milli komandasının baş məşqçisi işləmiş İrina Vinerin də adları var.

Kanada Xarici işlər naziri Anita Anandın ofisindən verilən açıqlamada bildirilir ki, belə bir qərar həm də "Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı işğala başlamasından sonra Kanadanın ən əhəmiyyətli sanksiyalarından biridir".

Qeyd olunur ki, bu, həmçinin məhkəmələr və ticarətlə bağlı ən böyük sanksiyalar paketidir.

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Fondunun rəhbəri Mariya Pevçix bununla bağlı açıqlamasında bildirib ki, Kanada "50-lik siyahısı"-nda olanların hamısına qarşı sanksiyalar tətbiq edib - Vladimir Putinin yaxın çevrəsindən olan şəxslərə qədər. Pevçix xüsusilə vurğulayıb ki, bu siyahı ilk dəfə 2024-cü ilin fevral ayında, Aleksey Navalnının həbsdə ölümündən sonra onun tərəfdaşları tərəfindən tərtib edilib.

Oqtay QORÇU
Избранный
14
1
reyting.az

2Источники