RU

Həzm problemi üçün 4 təbii üsul

Həzmsizlik problemini ev şəraitində aradan qaldırmaq üçün dörd sadə və təbii üsul effektiv nəticə verə bilər.

 

Pravda.az bildirir ki, bunlara dörd növ toxumun (Şüyüd toxumu, Qara zirə və ya kimyon anis, şüyüd ) qarışığını çeynəmək, nanə və çobanyastığı çayı içmək, yeməkdən əvvəl alma sirkəli-ballı ilıq su qəbul etmək və zəncəfil çeynəmək daxildir.

 

Həzmsizliyin əsas səbəbləri arasında sürətli yemək, stress, uyğun olmayan qida birləşmələri, yağlı və ədviyyatlı yeməklər, həmçinin siqaret və alkoqol qəbulu yer alır. Mütəxəssislər düzgün qidalanma rejimi, su balansı, yüngül fiziki aktivlik və keyfiyyətli yuxunun bu problemin qarşısını almaqda mühüm rol oynadığını bildirir.

 

Əgər davamlı ağrı, gözlənilməz çəki itkisi və ya qara rəngli nəcis kimi ciddi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət etmək tövsiyə olunur.

 

Əminə Bayramova

Tarix: 18 İyun 2025, 09:27   
Избранный
17
1
pravda.az

2Источники