RU

Bakı metrosu işarəvermə avadanlıqlarını yeniləyir - 713 min manatlıq tenderin vaxtı uzadıldı

BAKI, 17 iyun. TELEQRAF

“Bakı Metropoliteni” QSC istismarında olan işarəvermə və rabitə avadanlıqları üçün ehtiyat hissələrinin və aksesuarlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderin təkliflərinin son təqdim olunma və zərflərin açılış tarixini uzadıb.

Teleqraf xəbər verir ki, avadanlıqların alınması üçün ehtimal olunan qiymət 713 min 206 manatdır.

Mayın 21-i dərc edilən tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 18-i olub, lakin qurum bu tarixləri iyulun 1-nə qədər uzadıb. Təchizatçılar təkliflərini təqdim etmək üçün 450 manat iştirak haqqı ödəməlidirlər.

Избранный
3
teleqraf.com

1Источники