RU

İsrail Tehrandakı hərbi istehsal obyektlərinə hücum edib - 50-dən artıq döyüş təyyarəsi

 

İsrail Hərbi Hava Qüvvələrinə məxsus  50-dən artıq döyüş təyyarəsi son bir neçə saat ərzində Kəşfiyyat İdarəsinin dəqiq rəhbərliyi altında Tehran ərazisindəki hərbi istehsal obyektlərinə bir sıra hücumlar həyata keçirib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

Qeyd olunur ki, İranın nüvə silahı proqramına zərər vurmaq səyləri çərçivəsində Tehranda sentrifuqa istehsalı müəssisəsinə hücum edilib. Sentrifuqaların istehsalı İrana nüvə silahı yaratmaq məqsədilə uranın zənginləşdirilməsinin miqyasını və sürətini genişləndirməyə kömək edirdi.

 

Elcan

Missiya.Az

Избранный
8
24
missiya.az

10Источники