RU

Zaxarova İranla bağlı xəbərdarlıq etdi

“Yaxın Şərqdə nüvə təhlükəsinin hipotetik deyil, praktiki ölçüsü var. Söhbət region və dünya üçün təhlükədən gedir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bütün bunlar təkcə eskalasiyaya deyil, dinc məqsədli atom və ya nüvə obyektlərinə zərbələr endirilməsi səbəbindən region və dünya üçün birbaşa təhlükəyə gətirib çıxarır. Nüvə təhlükəsinin hipotetik deyil, praktiki ölçüsü var”, - diplomat bildirib.

Zaxarova vurğulayıb ki, İranın İsrailin hücumuna məruz qalan dinc nüvə obyektlərinə haqqı var və olacaq.
Избранный
9
41
sherg.az

10Источники