RU

Sumqayıtda avtomobil iki qadın piyadanı vurdu, biri öldü - YENİLƏNİB

ABŞ-də satılan “Dodge” və “Jeep” modellərindən V8 mühərriklərini kənarlaşdıran Stellantis qrupu geri adddım atır. 

Avtosfer.az xəbər verir ki, Karlos Tavares qrupun rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra strategiya da dəyişib. Yeni rəhbərlik Tavaresin qərarını yanlış hesab edib. 

Əgər Avropada V8 mühərrikləri ekologiyaya görə çoxdan yığışdırılıbsa, okeanın o tayında vəziyyət fərqlidir. Bu gün də amerikalılar böyük mühərrik həcminə malik maşınlara maraq göstərirlər.

Bu səbəbdən Stellantis ABŞ-da satılan avtomobillərdə 5,7 litrlik V8 mühərrikini təkrarən konveyerə qaytaracaq. Lakin bunun üçün azı 6 ay tələb olunur.

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
Избранный
12
avtosfer.az

1Источники