RU

ABŞ dünyanın ən güclü qırıcılarını Yaxın Şərqə göndərdi...


ABŞ-ın İranla müharibəni davam etdirən İsrailin hava hücumundan müdafiəsinə kömək etmək üçün Yaxın Şərqə böyük hərbi qüvvə göndərdiyi bildirilir.

“Reuters” agentliyi yüksək səviyyəli ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi F-16, F-35 və F-22 döyüş təyyarələrini Yaxın Şərqə yerləşdirəcək və bölgədəki mövcud döyüş təyyarələrinin missiya müddətini uzadacaq. Onu da qeyd edək ki, F-22 döyüş təyyarələri dünyanın ən güclü döyüş təyyarələri kimi tanınır. Rəsmilər bildiriblər ki, yerləşdirmə müdafiə məqsədi daşıyır.

Hazırda ABŞ-ın Yaxın Şərqdə hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və döyüş gəmiləri də daxil olmaqla, təxminən 40 min əsgərdən ibarət böyük hərbi qüvvəsi var.

Digər tərəfdən İran, İsrailin Tehrana hücumlara başladığı gün hava hücumundan müdafiə sistemlərinin İsrailə məxsus 2 ABŞ istehsalı F-35 döyüş təyyarəsini vurduğunu açıqlayıb. Hadisənin İsrail ordusu tərəfindən təkzib edilməsindən sonra İran F-35 qırıcılarının qalıqlarını görüntülərini də paylaşıb. İran ümumilikdə 4 F-35 döyüş təyyarəsinin vurulduğunu iddia edir.

TAHİR

Избранный
10
baki-xeber.com

1Источники