Bakı.Trend
Yaxın Şərq dünyanın enerji siyasətində mühüm rol oynayan birbölgədir. Bu regionda baş verən hərbi, siyasi və diplomatikgərginliklər qlobal enerji bazarına, xüsusilə də neftin qiymətinəbirbaşa təsir göstərir. Son günlər İran və İsrail arasında artangərginlik bu baxımdan xüsusi diqqət mərkəzindədir. İranın nüvəproqramı, İsrailin cavab tədbirləri və regiondakı digər maraqlıtərəflərin iştirakı, dünya iqtisadiyyatında ciddi narahatlıqlarasəbəb olur.
Nəzər salsaq görərik ki, İran neft bazarında strateji oyunçudur.İran, dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına sahibölkələrdən biridir. ABŞ və Avropa İttifaqının sanksiyalarısəbəbindən İranın neft ixracı azalsa da, o, hələ də Çin və bəziAsiya ölkələri vasitəsilə bazarda yer tutur. Münaqişə halındaİranın Hörmüz boğazını bağlamaqla hədələməsi, bu strateji boğazvasitəsilə nəql olunan neftin (qlobal təchizatın təxminən 20%-i)təhlükə altında qalması deməkdir.
Münaqişə bütün Yaxın Şərq regionuna yayılarsa belə halda nefthasilatı və nəqli ciddi təhlükə altına düşər.Tarixi təcrübələrəəsasən, belə münaqişə xəbərləri investorlar arasında panikaya səbəbolur, nəticədə "təhlükəsiz liman" investisiyaları artır və enerjiehtiyatlarına tələbat yüksəlir.
Əgər İran Hörmüz boğazını bağlayarsa, bu, gündəlik 17-20 milyonbarrel neftin bazara çıxmasının qarşısını alar. Bu, qiymətlərdərekord artım yarada bilər. Belə bir ssenaridə neftin qiyməti150-200 dollar/barel səviyyəsinə qədər qalxa bilər.
Belədə neft ixrac edən ölkələr və şirkətlər daha təhlükəsizmarşrutlara yönəlməyə çalışar, bu isə nəql xərclərinin artmasına vəqiymətlərin qeyri-sabitləşməsinə səbəb ola bilər. Münaqişəninuzunmüddətli olması neft hasilatına texniki və struktur zərbələrvura bilər. Habelə bu vəziyyət enerji siyasətində qlobaldəyişikliklərə yol aça bilər. Belə olarsa alternativ enerjiyə keçidsürətlənər, qlobal neft ehtiyatlarının diversifikasiyasıvacibləşər, ABŞ və digər ölkələr strateji ehtiyatlarını bazaraçıxara bilər.
Ölkəmiz üçün də bu münaqişənin təsirləri ola bilər. Neftixracından ciddi şəkildə asılı olan ölkə üçün qlobal qiymət artımıgəlir baxımından müsbət olsa da, bazardakı qeyri-sabitlik vəpotensial regional risklər diqqətlə izlənilməlidir.
Nəticə olaraq İran-İsrail münaqişəsi Yaxın Şərqdə sadəcə ikiölkənin qarşıdurması olmaqdan daha çox, qlobal enerjitəhlükəsizliyi və iqtisadi sabitlik məsələsidir. Bu münaqişəninalovlanması neftin qiymətində kəskin artıma, bazarlarınçalxalanmasına və beynəlxalq münasibətlərdə yeni gərginlikmərhələsinə səbəb ola bilər. Qlobal enerji siyasətçiləri vəinvestorlar üçün bu vəziyyəti proqnozlaşdırmaq və hazırlıqlı olmaqhəyati əhəmiyyət daşıyır.
Qeyd edək ki, hazırda İtaliyanın Augusta limanında Azərbaycanın"Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlkigöstərici ilə müqayisədə 3,79 ABŞ dolları və ya 5% artaraq, 79,58dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,82 dollar və ya 5,13%bahalaşaraq 78,25 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 3,71 dollar və ya 16,18% artaraq, 63,72 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstəricidən 3,84 dollar və ya 5,22%artaraq, 77,47 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.