RU

Özbəkistanda Hindistanlı tələbələrin sayı üç dəfə artıb

Son bir ildə Özbəkistandakı Hindistanlı tələbələrin sayı 3 dəfə artaraq 10 min nəfəri keçib. Əksəriyyəti tibb təhsili alan bu tələbələr əvvəlki il 3 500 nəfər idi.

Özbəkistanın Hindistandakı səfiri Sardor Rustambayev bildirib ki, tələbələr ölkədə özlərini evdəki kimi hiss edirlər: “Özbək xalqı çox qonaqpərvərdir, iqlimi də Keralanın havasına bənzəyir”.

AzEdu.az xarici mənbələrdən aldığı məlumata əsasən xəbər verir ki, bu fikirlər Keralanın Kozhikode şəhərində keçirilən “Mediclick Expo” tədbirində səsləndirilib. Tədbirdə tələbələr birbaşa beynəlxalq universitetlərin nümayəndə və məzunları ilə görüşə biliblər.

Tarixi İpək Yolu və ortaq Babur mirası ilə bağlı olan Hindistan-Özbəkistan münasibətləri bu gün təhsil və səhiyyə sahəsində əməkdaşlıqla davam edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 756,6 milyon dollardır.

Yaxınlarda keçirilən Hindistan-Özbəkistan Təhsil və Biznes Sammitində 100-dən çox nümayəndə iştirak edib. Səmərqənd Dövlət Tibb Universiteti, Buxara Tibb İnstitutu və Özbəkistan Jurnalistika Universiteti kimi ali məktəblər Hindistan universitetləri ilə əməkdaşlıq üçün müqavilələr imzalayıblar.

“Get My University” təhsil şirkətinin təsisçisi Anuj Goyal bildirib ki, Rusiya-Ukrayna müharibəsindən sonra Hindistanlı tələbələrin Mərkəzi Asiyaya, xüsusilə Özbəkistana marağı artıb. Təxliyə edilən 19 min tələbədən min nəfəri Səmərqənd Tibb Universitetinə yerləşdirilib.

Hindistanda ildə yalnız 100 min MBBS (tibb üzrə bakalavr) yeri olduğu halda, 2 milyon gənc bu sahədə təhsil almağa çalışır. Bu səbəbdən tələbələr Özbəkistan, Qazaxıstan, Gürcüstan, Polşa, Filippin və Malayziya kimi daha münasib ölkələri seçirlər.

Goyal əlavə edib ki, Özbəkistanda tibb təhsili 6 illik MD proqramından ibarətdir, ingilis dilində aparılır, dövlət xəstəxanalarında təcrübə imkanı verilir və məzunlar lisenziya ala bilirlər.

Sammitdə həmçinin əczaçılıq, kənd təsərrüfatı, infrastruktur və İT sahəsində investisiya imkanları da müzakirə olunub. Rustambayev Hindistanlı sərmayəçiləri əməkdaşlığa dəvət edib.

Избранный
7
azedu.az

1Источники