Modern.az saytına istinadən ain.az xəbər verir.
İranın ali lideri Ayətulla Əli Xamenei İsraillə hərbi münaqişənin yeni mərhələsinin başlandığını elan edib.Modern.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsindəki hesabında bildirib.
“Döyüş başlayır”, - Xamenei iki kəlmə ilə yazıb.
İyunun 13-nə keçən gecə İsrail İran ərazisindəki hərbi və nüvə obyektlərinə hücum edərək xüsusi əməliyyata başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastruktura, eləcə də iranlı generalların yerləşdiyi binalara endirilib.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatına başladığını elan edib və İsrailə raket zərbələri endirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.