RU

Sahibə Qafarova: Azərbaycan həmişə dinc birgəyaşayışa və dialoqa önəm verib

Azərbaycan həmişə dinc birgəyaşayışa və dialoqa önəm verib.

"Report" xəbər verir ki, bunu Milli Məclisin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) sədri Sahibə Qafarova Bakıda keçirilən QDİƏT PA-nın 65-ci plenar sessiyasında bildirib.

O qeyd edib ki, Azərbaycan regionda həll yollarının birgə araşdırıldığı, sülh və əməkdaşlığa önəm verən ölkələrdən birinə çevrilib:

“Prezident İlham Əliyevin liderliyi sayəsində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. Ölkəmiz regional və qlobal gündəliyin formalaşdırılmasında da öz dəstəyini verir. Azərbaycan İkinci Dünya Müharibəsindən sonra işğal altındakı torpaqlarını azad etmiş və ərazi bütövlüyünü bərpa etmiş yeganə ölkədir”.

Избранный
21
5
report.az

8Источники