RU

Bakının bu ərazilərindən uzaq durun! - Təhlükə var

Statistikaya görə, Bakı şəhəri əsəb sistemi və hissiyyat xəstəliklərindən əziyyət çəkənlərin sayına görə ölkə üzrə liderdir. Belə ki, Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlərin sayı 296,225 nəfərdir. Onların təxminən 42 faizi paytaxtda yaşayır. Maraqlıdır ki, Suraxanı rayonu bu kateqoriyada 16,869 nəfərlə ilk yerdə durur, ən az göstərici isə 127 nəfərlə Pirallahı rayonunda qeydə alınıb. Rəqəmlər rayonlar arasında ciddi fərqlərin olduğunu göstərir.

Niyə bəzi rayonlarda əsəb sistemi xəstəliklərinin sayı digərləri ilə müqayisədə bu qədər yüksəkdir?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, rayonlardan gələn insanlar iş, təhsil və digər məqsədlərlə Bakıda məskunlaşırlar:

“Bu da təkcə səhiyyə yox, digər sahələrdə yüksək statistik göstəricilərə gətirib çıxarır. Paytaxtda həyat tempi yüksəkdir – sıx yaşayış, səs-küy, nəqliyyat stressi, uşaqların psixoloji yükü – bunlar hamısı əsəb sistemi xəstəliklərinin artımına təsir göstərir. İnsanlar işsizlik və maddi çətinliklərlə üz-üzə qalırlar. Gündəlik həyatın yaratdığı daimi stress, depressiya əsəb sisteminə ciddi şəkildə təsir edir, əlavə stres yaradır”.

Mütəxəssis bildirib ki, Bakıda xəstəlikdən əziyyət çəkənlər üçün ekoloji faktor da böyük rol oynayır:

“Burada havanın, suyun çirkliliyi, xüsusilə Suraxanıda neft sənayesinə görə ekoloji vəziyyətin daha ağır olması sağlamlığa, sinir sisteminə böyük təsir edir. Pirallahı kimi ərazilərdə isə əhali sayı azdır və bu da xəstəliklərin ümumi sayını aşağı salır. Sosial həyat daha sakit və az streslidir, nisbətən təbiətə yaxın, şəhər kənarı həyat rahatdır”.

Избранный
6
1
news24.az

2Источники