Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqləri gücləndirilir, qarşılıqlı əlaqələrdə iqtisadi artım müşahidə olunur.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirin açılışında danışıb.
Onun sözlərinə görə, “Mərkəzi Asiya ilə Azərbaycan əlaqələri özünəməxsus yerə sahibdir:
"Ölkələrimizi xalqlarımızın çoxəsrlik tarixi bir-birinə bağlayır. Müstəqillikdən sonra dövlətlərimiz ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirir. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında strateji əməkdaşlıq münasibətləri qurulub”.