FİFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı oyununu idarə edib.
"Football-plus.az" xəbər verir ki, ədalət təmsilçimiz Gürcüstan - Portuqaliya matçının baş hakimi olub.
Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçirilən C qrupunun matçı portuqaliyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Məsiyev oyunda qırmızı vərəqə və penalti ilə yanaşı, 5 sarı vərəqə də göstərib.
Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan Portuqaliya lider kimi, eyni xala malik Fransa isə ikinci yerin sahibi kimi 1/4 finala yüksəlib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта