RU

Şimali Makedoniya heyəti XİN də

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

İyunun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib.

Söhbət zamanı ölkələrimiz arasında son zamanlar yüksəksəviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb.

XQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
6
xalqqazeti.az

10Источники