RU

Türkiyə ilə sərhəddə hərbi fəallıq: ABŞ çıxdı, PKK gəldi

BAKI, 18 iyun. TELEQRAF

ABŞ Suriyanın şimalında (Türkiyə ilə sərhəd əraziləri – red.) hərbi varlığını azaltmağa davam edir. Son xəbərlərə görə, ABŞ Suriyanın şimalındakı Hasəkə əyalətindəki Əl-Vəzir və Təl-Baydar bazalarını boşaldıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bölgədəki mənbələr ABŞ-nin boşaltdığı hərbi bazaların PKK terror təşkilatının qanadı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) nəzarətinə keçdiyini bildiriblər. Bununla belə, baş verənlər ABŞ-nin Suriyadakı hərbi varlığını azaltmasının əlaməti hesab olunur.

Son iki bazanın boşaldılması ilə Prezident Donald Trampın vəzifəyə başlamasından bəri ABŞ-nin Suriyada tərk etdiyi bazaların sayı 4-ə çatıb.

Tramp administrasiyası iyunun əvvəlində Suriyanın şimal-şərqində SDQ-nin nəzarətində olan 8 hərbi bazadan yalnız birini saxlamaqla, bu ölkədəki hərbi varlığını azaltmağı planlaşdırdığını açıqlayıb. ABŞ-nin bu proses zamanı Suriyadakı canlı qüvvə sayını 2000-dən 500-ə endirməyi düşündüyü bildirilib.

Избранный
5
2
teleqraf.com

3Источники