RU

Bakıda QDİƏT PA-nın iclasları

İyunun 17-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 70-ci Büro və 65-ci Daimi Komitəsinin iclasları da keçirilib.

Azərbaycan Milli Məclisinin sədri və QDİƏT PA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iclaslara sədrlik edib. O, müzakirələrin konstruktiv və məhsuldar olacağına, qəbul olunacaq qərarların təşkilatın gələcək fəaliyyətinə müsbət töhfələr verəcəyinə inamını ifadə edib.

Keçirilən müzakirələrdə QDİƏT PA-nın Baş Assambleyasının gündəliyi, həmçinin təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, növbəti dövrdə fəaliyyətinə dair məsələlər, bir sıra təşkilati məsələlər nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.

***

Həmin gün Azərbaycan paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komissiyasının iclası da keçirilib.

Quruma üzv ölkələrin parlament nümayəndə heyətlərinin iştirakı ilə keçirilən tədbirdə Milli Məclisi QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri deputat Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev və Səbinə Salmanova təmsil ediblər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və QDİƏT PA-nın Sosial və humanitar siyasət komissiyasının sədri Musa Quliyev gündəlikdə olan məsələlər barədə məlumat verib. O bildirib ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımızın əsas hədəflərindən biri birlikdə sosial rifahı yüksəltmək, insan ləyaqətini təbliğ etmək və heç kəsi kənarda qoymayan inklüziv cəmiyyətlər qurmaq üçün ortaq niyyətlərimizin həyata keçirilməsini təmin etməkdir.

İclasda “QDİƏT üzv dövlətlərində əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsi nəzərdən keçirilib. Sonra eyni mövzuda tövsiyə qərarının layihəsinə baxılıb və sənəd səsə qoyularaq qəbul olunub.

XQ

Избранный
22
5
xalqqazeti.az

8Источники