RU

XİN müavini: Türkmənistan və Azərbaycan arasında həm TDT çərçivəsində, həm də ikitərəfli dialoqun inkişafı önəm daşıyır

"Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Türkmənistan və Azərbaycan arasında həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli dialoqun inkişafı xüsusi önəm daşıyır".

APA-nın məlumatına görə, u sözlərin“ çıxışı zamanı Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

O, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən ortaq cəhətlərdən, habelə energetika və mədəniyyət sahələrində əlaqələrin səviyyəsindən bəhs edib.

İyunun 9-da ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd edildiyinə toxunan diplomat Türkmənistan və Azərbaycanın qarşılıqlı olaraq ərazi bütövlüyü prinsipinə dəstəyini yüksək qiymətləndirib, eləcə də iqisadi əlaqələrə də toxunub:

"Xəzər dənizi vasitəsilə enerji resurslarının ötürülməsində ölkələrimiz mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin 2023 - 2024-cü illərdə Qazaxıstan və Tacikistana səfərlər edib. Bu, region ölkələri ilə uğurlu əməkdaşlığın məntiqi nəticəsidir. 2017-ci ildə ölkələrimiz arasında imzalanan Strateji Tərəfdaşlıq Haqqında Bəyanat strateji tərəfdaşlığa yol açıb. Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının iclaslarının mütəmadi olaraq keçirilməsi əlaqələrimzin daha da genişləndirilməsinə xidmət edir. Bu məqsədlə birgə fəaliyyətin gücləndirilməsi önəmlidir. Xəzər dənizi bizim ölkələrimizi birləşdirən faktordur. Bu gün Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. İki ölkə arasında nəqliyyat sektorunda əməkdaşlıq uğurla genişləndirilir. Bu sahədə limanlar vasitəsilə yükdaşımalar həyata keçirilir. Dünyada enerjiyə artan ehtiyac mövcud potensialımızdan daha geniş istifadəni labüd edir. İqlim dəyişikliyi və alternativ enerji sahəsində əməkdaşlıq istiqamətində mühüm işlər görülür. Bizim iqlim dəyişikliyi ilə mübarizədə ortaq maraqlarımız əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək. Mədəniyyət sahəsində əməkdaşlıq davam edir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığımız uğurla davam edir. Türkmənistan və Azərbaycan arasında həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də ikitərəfli dialoqun inkişafı xüsusi önəm daşıyır".

Избранный
22
2
apa.az

3Источники