RU

İranın gecə hücumlarında 94 nəfər yaralanıb

İyunun 18-nə keçən gecə İrandan olan hücumlar nəticəsində yaralanan 94 nəfər İsrail xəstəxanalarına yerləşdirilib. Bu barədə xarici KİV İsrail Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.


Nazirlikdən verilən məlumata görə, xəsarət alanlardan birinin vəziyyəti orta ağır, 85 nəfərin vəziyyəti isə qənaətbəxşdir. Daha üç nəfər panik-atak həyəcan əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlər daha 5 nəfərin vəziyyətini aydınlaşdırmaq üçün müayinələri davam etdirirlər.


Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, gecə atəşi zamanı yaralananların təxliyəsi tibbi səbəblərdən tələb olunmayıb. Sığınacaqlara gedən yolda psixoloji dəstək də daxil olmaqla müxtəlif yardımlar göstərilib.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.

Tural

Избранный
10
news365.az

1Источники