RU

İran və İsrailin hərbi gücü: Kim nədə üstündür?

Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İyuun 13-də gecə saat 3.20-də başlamış İsrail-İran müharibəsinin ən dramatik mərhələyə qədəm qoyub. ABŞ prezidenti Donald Tramp Tehrana 48 saatlıq möhlət verməklə, Birləşmiş Ştatların müharibəyə qoşulma ehtimalını səsləndirib. Hələlik isə iki antoqonist tərəf üçüncü tərəfin müdaxiləsi olmadan barışmaz mübarizə aparır.

"Yeni Sabah" İsrail və İranın hərbi qüvvələrinin gücü və imkanlarını araşdırıb.

Personal:

İranın aktiv hərbi personalı 610 min nəfər, ehtiyat qüvvələri isə 350 min nəfərdən ibarətdir. Paramilitar dəstələri və "Qüds" qüvvələri ilə birlikdə bu rəqəm 1,18 milyon nəfərə yaxınlaşır.

İsrailin aktiv personal sayı 170 min olsa da, ehtiyat qüvvələr və paramilitar birləşmələrlə birlikdə bu rəqəm 670 min nəfəri keçir.

İran canlı qüvvə ehtibarilə sayca üstün olsa da, İsrailin ehtiyat sisteminin çevikliyi və texnoloji imkanları fərqlənir.

Hava qüvvələri və hava hücumundan müdafiə (HHM):

İranın 551 təyyarəsi və 129 helikopteri var, müdafiə sistemində isə "S-300" və "Bavər-373" kimi raket kompleksləri yer alır. İsrail isə 612 təyyarə (241 cəbhə təyyarəsi) və 146 helikopter. “Iron Dome” və “David’s Sling” kimi müdafiə sistemləri isə bu fərqi daha da artırır.

Quru və dəniz qüvvələri:

Tank və zirehli texnika baxımından İran üstün mövqedədir — 1.996 tank və 65 minə yaxın zirehli vasitə. İsrail - 1 370 tank və 43 min zirehli texnika, lakin "Merkava Mark IV" kimi müasir sistemləri ilə o, taktiki üstünlük qazanır. Donanmada isə İran sayca öndə olsa da, İsrail texnoloji baxımdan üstün hesab olunur.

Büdcə və qlobal reytinq:

İranın hərbi büdcəsi 8–10 milyard dollar arasında dəyişir. İsrail ABŞ-nin dəstəyi ilə 23–27 milyard dollar yardım alır.

"Global Firepower 2024" sıralamasında İran 14-cü, İsrail isə 17-ci yeri tutur.

Xüsusi silahlar və strateji güclər:

İran ballistik raket və dron arsenalı ilə seçilir. İsrail "F-352 təyyarələri və ehtimal olunan nüvə silah ehtiyatı (90–400 başlıq) ilə strateji üstünlük əldə edir.

Ümumi nəticə:

İran personal və texnika sayında üstün olsa da, İsrail texnologiya, aviasiya və strateji imkanları ilə fərqlənir. Müasir müharibə şəraitində bu faktorlar İsrailə operativ və taktiki üstünlük qazandırır.,

Rəvan Rzazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
yenisabah.az

2Источники