RU

Abşeronda tibb işçilərinin peşə bayramı qeydedilib

17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günümünasibətilə Abşeron Rayon İcra Hakimiyyətininbaşçısı Abdin Fərzəliyev səhiyyə sahəsindəçalışan şəhid ailələri ilə görüşüb.

Görüş zamanı RİH başçısı Abdin Fərzəliyevbildirib ki, xalqımızın Ümummilli Lideri HeydərƏliyevin 2001-ci il iyunun 4-də imzaladığıSərəncama əsasən hər il ölkəmizdə 17 iyun tarixiTibb İşçilərinin Peşə Bayramı Günü kimi qeydolunur. Ümummilli Lider Heydər Əliyevin busahəyə ayırdığı diqqət sahəsində Azərbaycansəhiyyəsi çox böyük inkişaf yolu keçib. Bu gündigər sahələrdə olduğu kimi, səhiyyə sahəsi Ulu Öndərin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin diqqət qayğısı nəticəsindəözünün yeni inkişaf mərhələsini yaşayır. Son illəryüzlərlə tibb müəssisəsinin tikilərək istifadəyəverilməsi, onların maddi-texniki bazasınıngücləndirilməsi, yeni tibbi texnologiyalarınölkəmizə gətirilməsi, tətbiqi həyata keçirilənislahatlar respublikamızda bu sahəyə dövləttərəfindən böyük qayğının göstərilməsindən xəbərverir.

Qeyd edilib ki, səhiyyə sahəsində bir sıradövlət proqramlarının reallaşdırılmasındarespublikamızın Birinci vitse-prezidenti MehribanƏliyevanın rəhbərlik etdiyi Heydər ƏliyevFondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı onların müalicəsinin təşkilində, qanverməaksiyalarının keçirilməsində, ana uşaqlarınsağlamlığının qorunması işininyaxşılaşdırılmasında bir çox böyük layihələrə imzaatıb.

Daha sonra 17 iyun Tibb İşçilərinin PeşəBayramı Günü münasibətilə səhiyyə sahəsindəçalışan şəhid ailələrinə Abşeron Rayon İcraHakimiyyəti tərəfindən mükafat gül dəstələriverilib, xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, 17 iyunTibb İşçilərinin PeşəBayramı Günü münasibətilə Abşeron Rayon İcraHakimiyyətinin  “Abşeron Rayon MərkəziXəstəxanasıpublik hüquqi şəxsin birgətəşkilatçılığı ilə Abşeron Rayon MərkəziXəstəxanasında da tədbir keçirilib. Tədbirçərçivəsində bir qrup tibb işçisi uzunmüddətlisəmərəli fəaliyyətlərinə görə RİH tərəfindən FəxriFərmanlar, Rayon Mərkəzi Xəstəxanasıtərəfindən isə təşəkkürnamələrlə təltif olunub.

Избранный
19
8
veteninfo.az

10Источники