RU

Kl: Azərbaycan klublarının rəqibi bilinəcək

Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

Futbolpress.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirə saat 16:00-da start veriləcək. Püşkatmada Azərbaycan təmsilçiləri “Zirə” və “Araz-Naxçıvan”ın da rəqibləri məlum olacaq.

Avropa Liqasında mübarizə aparan “Sabah” I təsnifat mərhələsində “Çelye” (Sloveniya) ilə qarşılaşacaq. Azərbaycan Kubokunun qalibi məğlub olacağı halda, mübarizəyə Konfrans Liqasının II təsnifatından qoşulacaq. Bugünkü püşkatmada “Sabah” – “Çelye” cütünün məğlubunun da rəqibi məlum olacaq.

Избранный
17
1
futbolpress.az

2Источники