Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yeni Klinikanın Reanimasiya və anesteziologiya şöbəsinin müdiri, həkim Emil Qasımov deyib ki, reanimasiyalarda tibb bacısı çatışmazlığı var. Həkim bildirib ki, bu sahədə bir xeyli problemlər var.Anestezioloq Aygün Tarverdiyeva Demokrat.az-a açıqlamasında deyib ki, tibb bacılarının sayının az olması ilk növbədə iş şəraitinin ağırlığı və yüksək stresslə bağlıdır:“Reanimasiya bölmələrində çalışan tibbi personal gün ərzində həyati risk daşıyan xəstələrlə işləyir və bu, fiziki və emosional tükənməyə gətirib çıxarır. Bundan əlavə, əmək haqlarının aşağı olması da əsas səbəblərdən biridir. Xüsusilə, dövlət müəssisələrində çalışan tibb bacıları özəl sektora və ya xarici ölkələrə üstünlük verirlər. Bu sahədə ixtisaslaşmış kadr hazırlığının məhdudluğu və karyera imkanlarının zəifliyi də çatışmazlığa təsir göstərir. Hazırda reanimasiya sahəsində ixtisaslaşmaq istəyən tibb bacıları üçün kifayət qədər praktiki və nəzəri baza yaradılmayıb. Bu isə onların motivasiyasını aşağı salır. Azərbaycanda son illər səhiyyə sistemində islahatlara baxmayaraq, kritik sahələrdə, xüsusən də reanimasiya bölmələrində kadr çatışmazlığı hələ də qalmaqdadır”.Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.