RU

Günəşdə güclü PARTLAYIŞ oldu - Yerə maksimum təsir zonasında...

Günəşdə güclü partlayış baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, yüksək səviyyəli “Х” alışması gecə saatlarında Yerə maksimum təsir zonasında qeydə alınıb.
 

Hadisə ilkin olaraq 1,2 bal təşkil edib.



Qeyd edək ki, əvvəlki güclü alışma Günəşdə mayın 25-də müşahidə olunub. Ümumilikdə bu il X səviyyəli səkkiz belə hadisə baş verib. Hazırkı hadisə güc baxımından dördüncü yerdədir.
Məlumat üçün bildirək ki, Günəşdə alışmalar rentgen şüalanmalarının gücünə görə bir neçə sinfə bölünür: X - ən güclü, M - orta, C - zəif, A və B - demək olar ki, görünməzdir.

Alışmalar adətən maqnit qasırğalarından əvvəl baş verir. Partlayışa Yerə çatan günəş plazması buludları səbəb olur.

Bizim.Media

Избранный
7
bizim.media

1Источники