RU

UFC döyüşçüsü: “Qarabağ”ın formasını özümlə ABŞ-a aparacağam

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanda hər şey idealdır. Burada məni möhtəşəm qarşıladılar. Dünyanın başqa yerlərində belə şey yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək ABŞ-dan olan idmançı Xalil Ruantri mətbuat konfransında deyib.

O, bütün diqqətini ilk döyüşə yönəltdiyini bildirib: "Camaal Hillə qalib gəlmək istəyirəm. Fikrimcə, ağır və çətin döyüş olacaq. Daha sonra gələcək barədə danışmaq olar".

35 yaşlı idmançı "Qarabağ" klubunun forması ilə çəkdirdiyi şəkillər haqqında da danışıb: "Formanı papaqla birgə Bakıdan almışam. Bunu özümlə ABŞ-a aparacağam".

İdmançı burnundan əməliyyat olunduğunu açıqlasa da, özünü yaxşı hiss etdiyini söyləyib.

Qeyd edək ki, Xalil Ruantri iyunun 21-də Bakı Kristal Zalında həmyerlisi Camaal Hill ilə üz-üzə gələcək.

 

Избранный
3
2
azertag.az

3Источники