RU

Ombudsmanların Beynəlxalq Simpoziumu öz işinə başlayıb

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə Bakışəhərində "Konstitusiya və Suverenlik İli" və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə həsr olunmuş "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu öz işinə başlayıb.

TurkicWorld xəbər verir ki, tədbirdə 15-dək ölkədən ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və nümayəndələri, dövlət orqanlarının yüksək vəzifəli şəxsləri, deputatlar, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həmçinin insan hüquqları sahəsindətəcrübəli ekspertlər iştirak edirlər.

Simpoziumda ombudsmanların və milli insan hüquqları institutlarının konstitusion hüquqların təmin edilməsi sahəsində fəaliyyəti, hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklərvə qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr mövzularında panel sessiyalar təşkil olunacaq.

Xəbər yenilənəcək

Избранный
16
6
turkic.world

6Источники