Cari mövsüm "Region Liqası"nda yarımfinala kimi irəliləyən, yeni mövsümdən II Liqada çıxışa ümid edən Qazaxın "Göyəzən" komandası çətin duruma düşüb.

Rekord.az xəbər verir ki, 20 ildir bu komandanı maliyyələşdirən "TuranBank" sponsorluqdan imtina edib.

Maraqlıdır ki, imtinanın səbəbi ilə bağlı heç bir açıqlama verilməyib. Bunun ardında Qazax şəhər stadionuna gələn Həmkarlar İttifaqının əməkdaşları təhvil-təslim işlərinə başlayıb. Ani qərardan şoka düşən "Göyəzən"in məşqçilər korpusu və futbolçular nə edəcəklərini bilmirlər. Onlar ümid edir ki, ya AFFA, ya da hansısa başqa bir imkanlı şəxs "Göyəzən"ə sahib çıxacaq.

Maraq üçün qeyd edək ki, "TuranBank"ın İdarə Heyətinin sədri Məmməd Musayev özü də qazaxlıdır.