RU

İngiltərə nəhəngi 39 yaşlı veteranla anlaşdı

"Mançester Yunayted" 39 yaşlı qapıçı Tom Hitonla yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Futbolçunun hazırkı müqaviləsi bu yay başa çatır. Klub rəhbərliyi üçüncü qapıçı gözü ilə baxdığı Tomla 2026-cı ilin iyun ayına kimi nəzərdə tutulan yeni müqaviləni razılaşdırıb.

Qapıçını saxlamaq qərarı baş məşqçi Ruben Amorimlə razılaşdırılıb və məşqçilər korpusu tərəfindən dəstəklənib. Müqavilə ilə bağlı rəsmi açıqlama yaxın vaxtlarda veriləcək.

Xatırladaq ki, Hiton 2002-2010-cu illərdə "Yunayted"də çıxış edib. O, daha sonra "Kardiff Siti", "Bristol", "Börnli" və "Aston Villa"da da oynayıb və 2021-ci ilin yayında “qırmızı şeytanlar"a qayıdıb. Ötən mövsüm o, heç bir matçda iştirak etməyib.

Mirağa

Избранный
7
1
fanat.az

2Источники