BAKI, 18 iyun. TELEQRAF
"Gəncə Maarif Evi" İctimai Birliyinin 6-cı ildönümü münasibətilə Gəncədə festival təşkil edilib.
Teleqraf xəbər verir ki, Cavad xan küçəsində keçirilən tədbirdə 60-dan çox sənətkarın əl işlərindən ibarət sərgi-yarmarka nümayiş olunub.
Eyni zamanda səhnədə birliyin könüllüləri tərəfindən musiqi şousu təqdim edilib. Tədbirə əməkdar artist Bəhram Bağırzadə da qatılıb. Festival şəhər sakinlərinin böyük marağına səbəb olub.