RU

Bonn İqlim Sammiti üçüncü günü ekoloji aksiyalarla başlayıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bonn, 18 iyun, AZƏRTAC

İyunun 18-də Almaniyanın yaşıl paytaxtı Bonnda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində Subsidiar Orqanların 62-ci sessiyasının (SB62) üçüncü günü ekoloji aksiyalarla başlayıb.

AZƏRTAC xəbər verir ki, bir tərəfdə iqlim fəalları dünyada yaşanan hərbi münaqişələr nəticəsində yaranan iqlim böhranına diqqət çəkir, digər tərəfdə isə veqanlar aksiyalar keçirir.

Aksiya iştirakçıları bildirirlər ki, dünyada baş verən soyqırımları – yalnız Fələstində, Konqoda, Sudanda deyil, əsrlər boyu Qlobal Cənubda insanların məhv edilməsinə, öldürülməsinə səbəb olan soyqırımları xatırladır.

Beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzinin nümayəndəsi, İqlim Fəaliyyəti Şəbəkəsinin üzvü Erika Lennon iqlimlə bağlı tədbirlərin gecikdirilməsinin arxasında məhz fosil yanacaq lobbiçilərinin və şirkətlərinin dayandığını vurğulayıb: “Artıq 30 ildən çoxdur ki, biz buraya gəlirik və ölkələr iqlim dəyişikliyi ilə bağlı tədbir görəcəklərinə söz verirlər. Bəs görəsən, bu sözlər yerinə yetirilibmi? İqlim böhranı yaxşılığa doğru dəyişibmi? Xeyr, vəziyyət daha da pisləşib.

Hələ uzun müddət əvvəl fosil yanacaq şirkətləri məhsullarının dünyaya nə edəcəyini bilirdilər. Bütün bunlara son qoyulmasını istəyirik. Gəlin planetimizi - evimizi qoruyaq”.

Aksiya iştirakçıları “Dünyamızı çirkləndirməyi dayandırın!”, “Təmiz havanı çirkləndirməyin!”, “Biznesmenlərin fəaliyyəti iqlim böhranını kəskinləşdirir!” şüarlarını səsləndiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
azertag.az

2Источники