RU

"Sea Breeze"də kazinolara icazə veriləcək - DEPUTAT

“Azərbaycanda qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində kazino oyunlarının təşkilinə və keçirilməsinə icazə veriləcək”​.

Kommersant.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə Mülki, Cinayət və İnzibati Xətalar Məcəllələrində və daha altı qanunvericilik aktında dəyişiklik layihəsi daxil edilib:

“Layihəyə əsasən, Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində olmaqla kazino oyunlarının təşkili və keçirilməsi nəzərdə tutulur.

Həmin oyunların yalnız xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə təşkili və keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir. Oyunlar yalnız nəzarət orqanının rəyi nəzərə alınmaqla lisenziya əsasında hüquqi şəxs tərəfindən təşkil edilə bilər”.

Kommersant.az e-qanuna istinadən xəbər verir ki, Süni torpaq sahəsi dedikdə Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi başa düşülür. Buna görə də hazırda Azərbaycanda iki ədəd süni torpaq örtüyü mövcuddur. Bunlardan biri "Khazar İsland" digəri isə "Sea Breeze" kompleksləridir.

"Khazar İsland" 2015-ci ildə fəalliyətini dayandırıb

Sözügedən layihənin əsas strukturlarının tikintisi 2011-ci ildə başlamışdı. 2014-cü ilin avqustunda əsas çimərlik qurğuları açılmışdı, lakin 2015-ci ildən etibarən Azərbaycanda baş verən devalvasiya səbəbindən maliyyə problemləri başladı.

12–27 may 2015-ci il arasında şirkətin rəhbəri Hacı İbrahim 57 milyon dollar borcuna görə həbs olundu. Bu da layihənin tamamilə dayandırılmasına gətirib çıxardı. 2017-ci ildə tikintisi yenidən bərpa edilmək istəsə də heç bir nəticə əldə olunmadı.

Azərbaycanda yeganə süni torpaq örtüyünə sahib olan "Sea Breeze"

Yuxarıda qeyd olunan qanunu rəhbər tutsaq hazırda "Sea Breeze" kompleksi Azərbaycanda süni torpaq örtüyünə sahib olan yeganə layihədir. Buna görə də millət vəkili Bəhruz Məhərrəmovun açıqlamasındakı "yalnız bu ərazilər" dediyi yer ancaq "Sea Breeze"dir. Yekun olaraq düşünə bilərik ki, Azərbaycan Respublikasının Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sözügedən şirkətə qumar oyunlarının təşkili və keçirilməsinə icazə vermək üçün mövcud qanunvericiliyi dəyişməyi təklif edir.

Избранный
25
20
kommersant.az

10Источники