RU

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Çinin Karamay şəhərində keçirilən Şanxay ƏməkdaşlıqTəşkilatının (ŞƏT) üzv dövlətlərinin İKT sahəsinə məsul nazirlik vəagentlik rəhbərlərinin 4-cü görüşündə təmsil olunub.

Tədbirdə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyininAparat rəhbərinin müavini Bəxtiyar Məmmədov Azərbaycandainformasiya-kommunikasiya texnologiyaları sahəsində həyatakeçirilən yeni təşəbbüs və layihələr barədə iştirakçılara ətraflıməlumat verib. O, Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə gələcəkəməkdaşlığa hazır olduğunu bir daha vurğulayıb və təşkilatınregional inkişaf istiqamətindəki fəaliyyətinin yüksəkqiymətləndirildiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində nazirlik rəsmisi “Huawei” şirkətinin bir sıraqabaqcıl texnoloji obyektlərini – İntellektual Nəqliyyat SistemləriMərkəzi və Yaşıl Bulud Məlumat Mərkəzini ziyarət edib. Buobyektlərə səfər zamanı “ağıllı” nəqliyyat və davamlı rəqəmsalinfrastruktur sahəsində tətbiq edilən innovativ texnologiyalarlatanışlıq imkanı əldə olunub.

Bəxtiyar Məmmədov “Huawei” şirkətinin vitse-prezidenti xanımAngela Lin və digər yüksəkvəzifəli rəhbərlərlə görüş keçirib.Görüşdə rəqəmsal infrastruktur, “ağıllı" nəqliyyat sistemləri vəyaşıl texnologiyalar sahəsində gələcək əməkdaşlıq imkanlarımüzakirə olunub.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
9
14
az.trend.az

10Источники