RU

Muxtar respublikanın təhsil naziri: Naxçıvanda 350 yə yaxın müəllim sertifikasiyada iştirak edir

Azertag saytına istinadən ain.az xəbər verir.

Naxçıvan, 18 iyun, AZƏRTAC

Bu gün ölkə üzrə müəllimlərin sertifikasiya prosesinə start verilib. Müxtəlif fənlər üzrə müəllimlər 120 dəqiqə davam edən və 60 sualdan ibarət olan imtahanda iştirak edirlər. Hər sual 1 balla qiymətləndirilir. Sertifikasiyada 30 baldan yuxarı nəticə göstərən müəllimlər növbəti – müsahibə mərhələsinə buraxılır. Toplanılan bala əsasən, 30-50 bal aralığında nəticə göstərən müəllimlərin əməkhaqqı 10 faiz, 51-60 bal aralığında nəticə göstərən müəllimlərin isə maaşı 35 faiz artırılacaq. Muxtar respublikada 350-yə yaxın müəllim sertifikasiyada iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müəllimlərin sertifikasiya prosesi zamanı jurnalistlərə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu proses müəllimlərin həm sosial rifahının yüksəldilməsi, həm də peşəkar və intellektual səviyyəsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Sertifikasiya prosesi tam şəffaf şəkildə təşkil olunub. Biz bu məqsədlə infotur da təşkil etdik və hökumət nümayəndələri, ictimai şəxslər, media təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri proseslə yerində tanış oldular. İmtahan tam elektron şəkildə aparılır və hər bir müəllim imtahan bitdikdən dərhal sonra yekun nəticəsini proqram təminatı üzərindən görə bilir".

O əlavə edib ki, Naxçıvanda da Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun həyata keçirdiyi sertifikasiya prosesinə uyğun olaraq bütün resurslar təmin edilib. Buna proqram təminatı, video materiallar, sınaq imtahanları və digər dəstək vasitələri daxildir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
azertag.az

2Источники