RU

İran İsrail münaqişəsinin turizmə təsiri… Yay istirahətinə hazırlaşanların DİQQƏTİNƏ

Tribuna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Yaxın Şərqdə baş verən İran-İsrail münaqişəsi yalnız hərbi və diplomatik deyil, iqtisadi və sosial sferalaraya da zəncirvari təsir edir. Xüsusilə region ölkələrinin, üstəlik Azərbaycanın turizm sektoru zərbə almaqdadır. Bu zərbə həm də turist axınını azalda bilər.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Turizm Bürosunun ilkin açıqlamalarında turist axınında ciddi azalma qeyd olunmasa da, Yaxın Şərqdəki istənilən gərginlik regionda “riskli zona” təəssüratı yaradır.

Turizm sahəsində çalışan bir neçə yerli operator bildirir ki, Ərəb ölkələrindən gələn bəzi qruplar rezervasiyalarını ləğv edib və ya tarixini dəyişib. Hərçənd bu kütləvi deyil, ancaq qeyri-müəyyənlik ortamı davam etdikcə, daha geniş miqyas ala bilər.

Türizm mütəxəssisləri hesab edir ki, regionda artan risk səbəbilə beynəlxalq sığorta şirkətləri Yaxın Şərqə uçuşları daha baha qiymətləndirir, bu da əcnəbi turistin qərarına təsir edir. Turistlər üçün səyahət risk reytinqləri artırıldıqca, Azərbaycan da “sərhəddə olan ölkə” kimi ehtiyatla dəyərləndirilə bilər.

Mütəxəsislər bildirir ki, Azərbaycanın da daxil olduğu region üçün əsas risk – stabil görüntünün zəifləməsidir. Çünki turizm üçün ən vacib element güvəndir. Turizm ekspertlərinin fikrincə, ölkəyə turlar təşkil edən şirkətlər turistlər üçün stabil və təhlükəsiz məkanda olduqları barədə mesajlar gücləndirilməlidir. Sığorta, sərhəd nəzarəti və hava limanı prosedurları daha səmərəli və güvənverici şəkildə təqdim edilməlidir.

Tur şirkətləri indi gücü Azərbaycanın təhlükəsiz bir ölkə olduğunu təqdim etməyə verməli, bu istiqamətdə təbliğatı gücləndirməyə çalışmalıdır. Bu təbliğat dəqiq, geniş və mütəmadi aparılsa İran-İsrail münaqişəsi Azərbaycan turizminə elə də ciddi təsir etməyə bilər. Mütəxəssislərin fikrincə, indi əsas yük tur şirkətlərinin, ölkəyə belə turlar təşkil edən şirkətlərin üzərinə düşür. Həmçinin xaricdə də bu cür reklam və təbliğat gücləndirilməlidir.

Çünki Azərbaycanın İranla sərhəddə yerləşməsi, İsraillə açıq strateji əməkdaşlığı və həm də müsəlman dünyasının bir parçası olması bu münaqişədə onu həm diqqət mərkəzinə, həm də təhlükə altına salır. Turist isə ilk növbədə sülh, sakitlik və etibarlı məkana getmək istəyir.

Gülşən Rəsul

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
tribunainfo.az

2Источники