RU

İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto

İsrailin

İsrailin uzaqmənzilli ballistik raketlərə qarşı istifadə etdiyi “Arrow” müdafiə raketləri tükənmək üzrədir.

Reyting.az
xəbər verir ki, “Wallstreet Journal”-a danışan ABŞ rəsmisinin sözlərinə görə, İranla müharibə uzanarsa, tükənən ehtiyatlar İsraili təhlükə altında qoya bilər.

Bu səbəbdən də, Pentaqon boşluğu doldurmaq üçün bölgəyə əlavə müdafiə sistemləri göndərib.

Qeyd olunur ki, ABŞ İranla İsrail arasında qarşıdurma yaranacağını əvvəlcədən bilib və İsrailin quru, dəniz və hava hücumundan müdafiəsini gücləndirməyə çalışıb.

İyun ayında münaqişənin kəskinləşməsi ilə əlaqədar Pentaqon bölgəyə daha çox raketdən müdafiə sistemi göndərib. Amma indi Vaşinqton həm də öz ehtiyatlarının tükənməsindən narahatdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Raketdən Müdafiə Layihəsinin direktoru Tom Karako deyib ki, nə ABŞ, nə də İsrail bütün gün ərzində davamlı olaraq raketləri məhv edə bilməzlər: “İsrail və müttəfiqləri sürətlə hərəkətə keçməlidir. Belə davam edə bilmərik”.



“Arrow” raketlərinin istehsalçısı “Israel Aerospace Industries” şirkəti şərh verməkdən imtina edib.

İsrail Müdafiə Qüvvələrinin yaydığı açıqlamada “İsrail ordusu bütün ssenarilərə hazırdır. Bununla belə, sursatla bağlı şərh verə bilmərik”,- deyilir.

ABŞ rəsmiləri bəyan ediblər ki, İsrailin müdafiə qabiliyyətinin pisləşməsi təkcə İsrailə deyil, həm də regiondakı ABŞ qüvvələrinə risk yaradır.

“Arrow” sistemi İsrailin çoxqatlı raketdən müdafiə şəbəkəsinin ən mühüm elementlərindən biri kimi tanınır.

Y. QACAR
Избранный
7
5
reyting.az

8Источники