RU

FİFA İsraildə oynayan legionerlərlə bağlı qərar verməyə hazırlaşır - İDDİA

FİFA əcnəbi futbolçulara İsrail klublarını təzminatsız tərk etməyə icazə verməyə hazırlaşır. 

Fanat.Az xəbər verir ki, bu iddia "The One" nəşrinə aiddir.

Mənbənin məlumatına görə, qərar Yaxın Şərqdə İsrail və İran arasında vəziyyətin gərginləşməsi fonunda verilə bilər. 

Artıq "Hapoel Beer Şeva" öz təhlükəsizliyindən narahat olmağa başlayan portuqaliyalı Yuri Medeyrusu buraxıb. "Hapoel Hayfa" ilə müqavilə imzalayan digər portuqaliyalı futbolçu Robinyu isə sözügedən klubun düşərgəsinə yollana bilmir.

Избранный
13
fanat.az

1Источники