"TikTok" sosial şəbəkə hesabında işlətdiyi "makler555" adlı səhifəsi ilə kreditlə mənzillərin alınması, mənzillərin təmir olunması, fərdi yaşayış evlərinin tikilməsi elanları ilə ona müraciət edən şəxsləri aldadaraq pullarını ələ keçirən makler Daşqın Sərdar oğlu Məmmədov vətəndaşlara təxminən iki milyon manat ziyan vurub".
Avtosfer.az xəbər verir ki, bunu Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev Baş Prokurorluğun "Instagram" sosial şəbəkəsindəki səhifəsində canlı yayımda deyib.
O bildirib ki, sözügedən şəxslə bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaq aparılır:
"İş üzrə 250 nəfər şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edib. Onlardan 64 nəfəri zərərçəkmiş şəxs kimi qeydə alınıb. Cinayət nəticəsində vətəndaşlara dəyən ziyan iki milyon manat təşkil edir. İstintaq orqanı tərəfindən dəyən ziyanın ödənilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir".
Xatırladaq ki, mayın 14-də Bakıda bir qrup vətəndaşa qarşı "TikTok" platformasında "Daşqın əmlak ofisi" adlı səhifə vasitəsilə kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Daşqın Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта