BAKI, 18 iyun. TELEQRAF
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda mənzil tikintisinə 1 milyard 94,8 milyon manat xərclənib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu istiqamətdə vəsait qoyluşu 68,8% artıb.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, cari ilin ilk beş ayında əsas kapitala yönəldilmiş ümumi investisiyanın 16,4%-i mənzil tikintisinə sərf edilib.
Qeyd edək ki, əsas kapitala qoyulan infestisiyaların 16,4%-i yaşayış evlərinin tikintisinə yönəldilib.