BAKI, 18 iyun. TELEQRAF
“Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
“Ermənistan və Azərbaycan sülh və dövlətlərarası ünasibətlərin qurulması haqqında saziş üzrə razılığa gəlib. Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq”, - baş nazir qeyd edib.