RU

Bernardu Silvanın yeni mövsümə harada başlayacağı bilindi - Özü açıqladı

"Mançester Siti"nin hücumameyilli yarımmüdafiəçisi Bernardu Silva gələn mövsüm komandada qalıb-qalmayacağına aydınlıq gətirib. 

Fanat.Az xəbər verir ki, tanınmış jurnalist Ben Yakobs "şəhərlilər"lə ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq portuqaliyalı ulduzun açıqlamasını belə çatdırıb: 

"Mançester Siti" ilə müqaviləm başa çatdıqdan sonra nə edəcəyini bilirəm. Amma bütün diqqətini qarşıdan gələn mövsümə cəmlədiyim üçün indi bu barədə danışmağın vaxtı deyil. Gələn mövsüm mütləq "Mançester Siti"də olacam. Bəli, komandada qalacağam. Keçən il və bu il seçimlərim var idi, amma seçimimi "Mançester Siti"dən yana etdim". 

Silva 2017-ci ildən İngiltərə nəhəngində çıxış edir. O, bu mövsüm 49 matçda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mirağa

Избранный
8
1
fanat.az

2Источники