RU

"Azərbaycanla yeni müharibə olmayacaq" - Paşinyan

"Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsini razılaşdırıblar və dediyim kimi, Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq, sülh olacaq".

Adalet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlayıb. 

"Biz sülh gündəliyinə sadiq qalacağımızı demişik və Azərbaycanla sülh sazişinin imzalanması şərtləri ilə bağlı məsləhətləşmələri, danışıqları davam etdiririk. Orada (Sünikdə) olmuşam, Ermənistan üçün indiyə qədər heç vaxt mövcud olmayan misilsiz imkanlar yaradılıb", - deyə Baş nazir qeyd edib. 

O, İran-İsrail müharibəsi ilə bağlı Təhlükəsizlik Şurasının iclaslarının niyə çağırılmaması və Süniki hansı təhlükənin təhdid etdiyi suala belə cavab verib: "Təhlükəsizlik Şurasının iclasları vaxtaşırı çağırılır, lakin heç bir hesabat yoxdur. Çağırışlar ona görə deyil ki, Süniklə bağlı təhlükə var, mən bu bəyanatları təxribat, əsassız hesab edirəm. Bunlar Ermənistan vətəndaşları arasında narahatlıq, panika və qeyri-müəyyənlik yaratmaq məqsədi daşıyır".

Избранный
4
adalet.az

1Источники