RU

İran Hörmüzü minalaya bilər

ABŞ-ın nüvə obyektlərinə mümkün hücumu halında İranın dünya neft və təbii qaz nəqlinin 30 faizinin həyata keçirildiyi Hörmüz boğazına üz tutacağı iddia edilib.

“The New York Times” (NYT) qəzetinə danışan adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan xəbərdə İsrailin İrana hücumları ilə başlayan münaqişə ilə bağlı yeni qiymətləndirmələr yer alıb.

Xəbərə görə, rəsmilər ABŞ-ın İranın nüvə obyektlərinə mümkün hücumu halında İranın Hörmüz boğazında minalamağa başlayacağını düşündüklərini bildiriblər.

Eyni xəbərdə Yəməndə İranın dəstəklədiyi husilərin də Qırmızı dənizdəki gəmilərə və ABŞ-ın bölgədəki bəzi bazalarına hücuma başlayacağı gözlənilir.

Hörmüz boğazı İranın cənub sahillərində Oman körfəzi ilə Fars körfəzini birləşdirir. Boğaz dünya neft ticarətində mühüm rol oynayır.

***

İsrailin İrana hücumları ilə başlayan və 6-cı gününə qədəm qoyan müharibə ilə Hörmüz boğazında LNG tədarükünün təhlükə altında ola biləcəyinə dair narahatlıqlar səbəbiylə Avropa qaz qiymətlərində artım tendensiyası müşahidə olunur.

Avropanın ən dərin Hollandiya mərkəzli virtual təbii qaz ticarət nöqtəsi olan TTF-də iyul ayı fyuçers müqavilələrində meqavat-saat qazın qiyməti aprel ayının əvvəlindən bəri ən yüksək səviyyəyə yüksələrək 39,7 avroya çatıb.

Qiymətlər dünənki bağlanışla müqayisədə təxminən 3 faiz artıb və münaqişədən əvvəlki səviyyədən təxminən 8 faiz yuxarıdır.

Избранный
13
vaxt.az

1Источники