RU

“Qarabağ” mövsümə irlandlara qarşı oyunla start verəcək

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün 2-ci təsnifat mərhələsinin püşkü atılıb.

Mərasimdə Azərbaycan çempionunun da ilk rəqibi dəqiqləşib. Qurban Qurbanovun komandası 1-ci təsnifat mərhələsində qarşılaşacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qarabağ” ilk oyununu səfərdə, cavab matçını bir həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunları iyulun 22-23-də və 29-30-da baş tutacaq.

Избранный
10
arena.az

1Источники