Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Bu barədə Ukrayna KİV-ləri Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
09:06
Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.
Bu barədə 7News.Az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb.
Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.