Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgi bu il 80 ölkədən 1700-dən çox iştirakçını, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutunu bir araya gətirib. Sərginin fəxri qonaq ölkəsi isə Malayziyadır.
17 iyun tarixində baş tutan rəsmi açılış mərasimində Azərbaycan nəşriyyat nümayəndələri və tanınmış yazarların daxil olduğu geniş heyətlə iştirak edir. Sərgi çərçivəsində milli stend və təqdimat zonası vasitəsilə ölkəmizin zəngin ədəbi-mədəni irsi dünya auditoriyasına təqdim olunur.
Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatını əks etdirən 175 adda, 332 nüsxə kitab sərgilənən milli stenddə ziyarətçilər 5 gün boyunca Azərbaycan kitab sənətinə həsr olunmuş təqdimatlar, görüşlər və müzakirələrdə iştirak edə biləcəklər.
Sərgi müddətində Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq imkanlarının genişləndirilməsi, ədəbi tərcümələrin təşviqi, eləcə də yerli nəşrlərin beynəlxalq oxuculara tanıdılması istiqamətində müxtəlif peşəkar tədbirlər də planlaşdırılıb.





10Источники
-
yenisabah.azAzərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur ( 18398497)
-
kulis.azAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində ( 18396577)
-
demokrat.azAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində — FOTOLAR ( 18372115)
-
cebheinfo.azAzərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində - FOTOLAR ( 18371650)
-
ikisahil.azAzərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur ( 18370528)
-
azertag.azAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində ( 18370438)
-
manset.azAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində - FOTOLAR ( 18370234)
-
sia.azAzərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur ( 18369643)
-
teleqraf.comAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində təmsil olunur ( 18369265)
-
musavat.comAzərbaycan nəşrləri Pekin Beynəlxalq Kitab Sərgisində - FOTOLAR ( 18369523)