RU

İsti yay aylarında yüksək təzyiqdən necə qorunmaq olar? - HƏKİM MƏSLƏHƏTİ

Yay fəslində havaların isti keçməsi insan orqanizminə bir sıra təsirlər göstərir. Bu təsirlərdən biri də qan təzyiqinin dəyişməsidir. İsti hava şəraiti təzyiqi olan insanlar üçün ciddi təhlükə yarada bilər. 

İsti havalarda təzyiqin yüksəlməsinə səbəb nə olur?

Mövzu ilə bağlı həkim-terapevt Şahvələd Məmmədov Operativ Media-ya açıqlama verib:

“İsti yay aylarında təzyiqi olan insanlarda problemlər yaşanır. Bunun bir çox səbəbləri var. Havada maqnit sahəsinin olması bir kənara, ağır hipertoniyası, arterial təzyiqi olan xəstələrin çoxu qəbul etdikləri təzyiq dərmanları sidikqovucu tərkibli olur. Ona görədə bədəndə maye çox itirirlər. Elə xəstələr bəzən maye çox itirdiklərindən, susuzlaşma və mineral elementlərin itirilməsinə səbəb olur. Ona görə xəstənin halının pisləşməsinə gətirib çıxarır. Bu səbəbdən isti yay aylarındə, əsasəndə, hipertoniya və təzyiqi olan xəstələr ciddi nəzarətdə qalmalıdırlar”.

Bəs isti havalarda yüksək təzyiqdən necə qoruna bilərik?

  • Bol su qəbul edilməli;
  • Günün ən isti saatlarında çölə çıxmamalı;
  • Stressdən uzaq olmalı;
  • Fiziki fəaliyyəti düzgün planlaşdırmalı;
  • Duzlu və yağlı yeməklər azaldılmalı;
  • Siqaret və spirtli içkilərdən uzaq olmalı və s.

 

Избранный
12
operativmedia.az

1Источники