RU

“ASAN xidmət” beynəlxalq tədbirdə diqqət mərkəzində- FOTOLAR

12-13 iyun 2025-ci il tarixində Tailand Krallığının Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən Asiya-Sakit Okean İnformasiya Supermagistralı Rəhbər Komitəsinin görüşü keçirilib.

Əsas məqsəd Asiya-Sakit Okean İnformasiya Super Magistralı Təşəbbüsünün 2022-2026-cı illər üzrə Fəaliyyət Planının icrası vəziyyətini nəzərdən keçirmək, 2027–2030-cu illər üzrə dövlət xidmətlərində ağıllı həllərin tətbiqi, regional əməkdaşlıq və 4-cü sənaye inqilabı texnologiyalarından istifadəyə dair cəmiyyətin hazırlığı istiqamətlərində prioritetləri müəyyən etmək olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi, İşçi Qrupunun həmsədri “ASAN xidmət” modelinin intelektual məhsul kimi əhəmiyyəti barədə danışıb və bu modelin Asiya və Sakit Okean hövzəsi ölkələrində dövlət xidmətlərinin təşkili sahəsində bürokratik islahatlar üçün uğurlu həll olaraq tətbiqi imkanlarını müzakirə edib. Tədbir çərçivəsində “ASAN xidmət” modelinin BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə mükafatlandırıldığı və ən yaxşı təcrübə kimi qiymətləndirildiyi, eyni zamanda bir sıra ölkələrdə uğurlu tətbiq edildiyi vurğulanıb.

Избранный
8
3
moderator.az

4Источники